Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda törədilmiş terror aktı ilə əlaqədar Qazaxıstana səfərini təxirə salıb.
Unikal.org-un Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, səfər dekabrın 11-12-də baş tutmalı idi.
Qeyd edək ki, İstanbulun mərkəzi rayonu Beşiktaşda yerləşən Vodafone Arena sadionunun çıxışı yaxınlığında baş verən iki güclü partlayış nəticəsində 29 nəfər həlak olub, 166 nəfər isə yaralanıb. Ölənlərin 27-polis əməkdaşı, 2-si isə dinc vətəndaş olub.