Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə ELANI

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2017-ci ilin I yarısı üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edir.
"Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na müvafiq olaraq Fondun Müşahidə Şurasının rəyi əsasında aşağıdakı istiqamətlər üzrə KİV layihələrinin maliyyələşdirilməsi qərara alınmışdır:


Müsabiqədə aşağıdakı KİV-lər iştirak edə bilərlər:

- müsabiqə elan olunan günədək son 3 ildə müntəzəm nəşr olunan, dövriliyi həftədə 1 dəfədən və tirajı 2500 nüsxədən az olmayan, hər buraxılışından ən azı 1000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan qəzetlər.
Aşağıdakı KİV-lərin müsabiqədə iştirakına icazə verilmir:
- Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılanlar;
- Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən qəzetlər;

- Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"dan çıxarılan qəzetlər (1 il müddətində);

- Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış qəzetlər (6 ay müddətində);
- barələrində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olanlar;
- əsasən reklam və erotik xarakterli materiallar dərc edənlər;
- təsisçisi dini qurumlar və dini icmalar olanlar;
- xarici dövlətlərin hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilən, nizamnamə kapitalında xarici dövlətlərin hüquqi şəxslərinin və ya vətəndaşlarının payı olanlar;
- xüsusi məqsədlər üçün buraxılan, pulsuz və aşağı qiymətlərlə çap məhsulu yayanlar;
- təsisçiləri dövlət orqanları olanlar;
Maliyyə yardımının şərtləri:
- layihə təklifi müsabiqə istiqamətlərindən birinə uyğun olmalıdır;
- ərizə forması, layihə və ona əlavə olunmuş sənədlər müsabiqə qaydalarına və tələblərinə cavab verməlidir;
- Hər layihə üçün maksimum məbləğ 60 000 (altımış min) manat müəyyən edilmişdir;
- Hər KİV bir layihə təqdim edə bilər.
Sənədlər dekabr ayının 9-dan 26-dək, rəsmi iş günləri saat 10:00-dan 16:00-dək qəbul olunur.
Sənədlər Fonda şəxsən təqdim edilməlidir.
Ərizə yalnız Fondun təsdiq etdiyi formada, müvafiq əlavələrlə, Azərbaycan dilində çap olunmuş elektron variantda, (CD diskdə, Arial 12 şriftində) təqdim edilməli və Fondda qeydiyyatdan keçməlidir.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:



Qaimələrin surəti.
Müsabiqə ilə bağlı əlavə məlumatı www.kivdf.gov.az saytından və Fondun ofisindən əldə edə bilərsiniz.
Ünvan: Bakı şəhəri, Mətbuat pr., 529-cu məhəllə
Azərbaycan Mətbuat Evi, 3-cü mərtəbə
Telefon: 537 19 45; 537 19 41
Layihə təklifləri ilə bağlı nəticələr haqqında izahat verilmir, müsabiqəyə təqdim olunmuş sənəd və materiallar geri qaytarılmır.