Sabah Bakıda və Abşeron yarımadasında gözlənilən havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Unikal.org-a verilən məlumata görə, gündüz mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-6° isti, gündüz 9-14° isti, Bakıda gecə 4-6° isti, gündüz 12-14° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 50-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, dekabrın 12-də hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, lakin axşam bəzi qərb rayonlarında az yağıntılı olacağı ehtimalı var. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.