Roma Papası Fransiskin Azərbaycana səfəri ilə bağlı iş aparılır.
Unikal.org APA-ya istinadən məlumatına görə bu barədə Azərbaycan Katolik Kilsəsinin rəhbəri Vladimir Fekete bildirib.
V. Fekete qeyd edib ki, hazırda Vatikanın Cənubi Qafqazdakı nunsisi Romadadır və səfərin detallarını dəqiqləşdirir.
"Lakin səfərin dəqiq tarixi məlum deyil", - deyə o bildirib.