Əfqanıstanın təhlükəsizlik qüvvələri iki günlük əməliyyatlar nəticəsində 18 Taliban terrorçusunu öldürüblər.

Unikal.org musavat.com-a istinadən xəbər verir ki, hadisə zamanı 25 terrorçu yaralı olaraq, ələ keçirilib.
Məlumata görə, əməliyyat ölkənin cənubundakı Uruzqan əyalətində aparılıb. Terrorçular əyalətin paytaxtı Tarinkot şəhərində öldürülüblər.

Təhlükəsizlik qüvvələrinin itkiləri haqda isə məlumat verilmir. Hazırda əməliyyat davam etdirilir.