Bu gün Qahirənin Abbasiyə rayonunda kopt kilsəsində törədilən partlayışda ölənlərin sayı 25 nəfərə çatıb, 50 yaralı var.
Unikal.org-un  "Sky News Arabia telekanalına istinadən verdiyi məlumata görə, şahidlər partlayıcı qurğunu kilsəyə bir qadın tərəfindən gətirildiyini bildiriblər.
Qadın kilsədən çıxandan sonra partlayıcı qurğu məsafədən işə salınıb. Ölənlərin çoxu qadın və uşaqlardır.