Türkiyədə istirahət edən Rusiya vətəndaşlarına terror aktlarına görə qaldıqları hotelin ərazisindən vacib olmadığı müddətdə kənara çıxmamaqları məsləhət görülüb.
Unikal.org bildirir ki, müvafiq tövsiyə ilə Turizm üzrə Federal Agentlik (Rosturizm) çıxış edib.
Qurum, həmçinin Türkiyəyə səyahət təşkil edən turoperatorlara müştəriləri mümkün terror təhlükəsi barədə xəbərdar etmələrini tapşırıb.
Qeyd edək ki, dekabrın 10-da İstanbulda "Beşiktaş" stadionun qarşısında iki dəfə partlayış baş verib. Hadisə nəticəsində 27-i polis olmaqla 38 nəfər şəhid olub, 155 nəfər yaralanıb.