"Qarabağ" "Beşiktaş" - "Bursaspor" matçından sonra İstanbul şəhərində həyata keçirilən terror aktı ilə bağlı qardaş ölkəyə başsağlığı verib.

Unikal.org goal.az-a istinadən xəbər verir ki Ağdam klubunun rəsmi Facebook, İnstaqram və Tvitter"səhifələri "Acınız acımızıdr" adlı foto ilə terror hadisəsi zamanı həyatını itirənlərinin ailələrinə, yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, "Beşiktaş" - "Bursaspor" matçının keçirildiyi "Vodafone Arena"nın yaxınlığında törədilən terror aktı zamanı 38 nəfər dünyasını dəyişib.