Şimali Koreya yeni hərbi təlim keçirib.
Ölkə lideri Kim Çen İnin nəzarət etdiyi təlim Cənubi Koreya Prezident sarayına oxşar binaya qarşı keçirilib.
Perzident sarayına qarşı hücum "uğurla başa çatıb. Ölkə lideri təlimdə iştirak edən hərbçiləri təbrik edib. Bildirib ki, həqiqi əməliyyatda cənubikoreyalı əsgərlər onlara müqavimət göstərə bilməyəcək.
"Düşmən əsgərləri nəinki cavab verə bilməyəcək, gizlənməyə yer tapa bilməyəcək, - Kim Çen İn bildirib.
Qeyd edək ki, Cənubi Koreya Baş Qərargahı aprel ayında Şimali Koreyanın Seuldakı prezident sarayına oxşar bina inşa etdiyini açıqlamışdı.