Baş nazirin müavini Abid Şərifov millət vəkilinə vətəndaşın problemini həll edəcəyinə söz verib.
Unikal.org xəbər verir ki, bunu Milli Məclisin komitəsinin sədr müavini, YAP-ın İcra Katibliyinin şöbə müdiri Aydın Mirzəzadə bildirib.Bununla bağlı millət vəkili facebook-dakı statusunda belə yazıb: "Bu gün bir vətəndaşın ciddi bir problemi ilə bağlı baş nazirin müavini Abid Şərifovla danışdım. O, məsələni dinlədi, vətəndaşın əlaqə telefonunu istədi və elə bu gün işçilərinin bu məsələ ilə məşğul olacağını bildirdi".