"Nazirlərin növbəti görüşünün yanvar ayının əvvəlində Aşqabadda keçirilməsi planlaşdırılır".

Unikal.org-un xəbərinə görə, bu sözləri Xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı sualları cavabladıran zaman deyib. O bildirib ki, bu görüşlərdə əsas müzakirə olunan məsələ növbəti Xəzər sammitinin keçirilməsinə hazırlıqla bağlı olacaq: "Belə bir plan da var ki, işçi qrup eyni zamanda nazirlərin görüşünü təşkil etsin. Artıq belə bir təşəbbüs də var. Bu məsələ ona yönəlib ki, sammitdə Xəzərin hüquqi statusu ilə bağlı hüquqi statusu müəyyən olunsun. Biz Türkmənistanla Kəpəz yatağı ilə bağlı ikitərəfli danışıqları saxlamışıq. Ara-sıra məsləhətlər keçirilir, ancaq razılıq əldə olunmayıb.