Prezident İlham Əliyev "Kütləvi informasiya vasitələri haqqında və "Televiziya və radio yayımı haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə sərəncam verib. 

Unikal.org AzərTac-a istinadən xəbər verir ki, hər iki sərəncama əsasən, qanuna edilən dəyişikliklər aşağıdakı şəkildədir:

"Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında kütləvi informasiya vasitələri işçilərinin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilir.

Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir..

"Dini ekstremizmə qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına yol verilmir.