ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp ölkənin dövlət katibinin adını açıqlayıb.
Unikal.org "CBS News"a istinadən xəbər verir ki, D.Tramp bu vəzifəyə ABŞ-ın ən böyük neft şirkəti olan "ExxonMobil"in rəhbəri Reks Tillersonun namizədliyini irəli sürüb.
Gələcək hökumətdə əsas vəzifələrdən biri sayılan dövlət katibi postuna namizədlərin müzakirəsi ABŞ-da bir neçə həftədir davam edirdi.
R.Tillerson ötən həftə ərzində iki dəfə D.Trampla görüşüb. O, Moskva ilə daha sıx əlaqələrin tərəfdarı kimi tanınır. Üstəlik, 2012-ci ildə R.Tillerson Rusiya prezidenti Vladimir Putindən "Dostluq" ordeni alıb.