"Türkiyə bu dəfə böyük mübarizəyə başlayıb. Türkiyə terrorla, xüsusilə FETÖ, PKK ilə mübarizə aparır. Bu məsələdə Azərbaycan Türkiyəyə dəstək verir, buna görə biz öz təşəkkürümüzü bildiririk.

Unikal.org-un  xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərlə görüşündə deyib.

O bildirib ki, təəssüflər olsun ki, bəzi hallarda Türkiyə terrorizmlə mübarizədə beynəlxalq arenada müttəfiqlərindən dəstək ala bilmir: "Bu gün terrorizmə dəstək verənlər sabah terrorun qurbanı olacaqlar. Terrorla mübarizə aparmaq lazımdır. "Mənə toxunmurlar deyib, kənarda dayanmaq olmaz, hər kəs terrorla mübarizə aparmalıdır.

Diplomat bildirib ki, Türkiyədə baş verən sonuncu terror aktı ilə bağlı dekabrın 14-də Türkiyənın Bakıdakı səfirliyində taziyə dəftəri açılacaq.