"İsrail-Azərbaycan əlaqələri birgə yaşayışın bariz nümunəsidir.

Unikal.org-un məlumatına görə, bunu İsrail baş naziri Benyamin Netanyahu Azərbaycan prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Netanyahunun fikrincə, iki ölkə arasında sıx əlaqələr təkcə silah ticarəti anlamına gəlməməlidir, bu, həmçinin qarşılıqlı hörmət deməkdir.

"İsrail yəhudi, Azərbaycan isə müsəlman dövlətidir. Burada biz həm müsəlmanların, həm də yəhudilərin birgə çalışmasını, hər iki ölkə üçün yaxşı gələcək vəd edəcəyini görürük, - deyə İsrail hökumət başçısı bildirib.

B. Netanyahu həmçinin iki ölkələri arasında enerji sektoru, kənd təsərrüfatı, təhsil və informasiya texnologiyaları sahəsində əməkdaşlığın genişlənməsini vurğulayıb.