Bu gecə səmada meteor yağışı olacaq. Öz çoxluğuna görə bu, avqust ayındakı meteor yağışından daha artıq olacaq.
Unikal.org xəbər verir ki, bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Ədalət Ətai məlumat verib.
Onun sözlərinə görə, bu prosesi adi gözlə müşahidə etmək mümkün olacaq: "Bu ay ərzində iki ulduz yağışı müşahidə ediləcək. Onlardan biri bu gecə müşahidə edəcəyimiz geminid, digəri ursida adlanır. Geminid "ulduz yağışı dekabr ayının 14-dən 17-nə qədər fəal olacaq. Bu zaman "ulduz yağışının sayının daha çox - saatda 120 olacağı gözlənilir. Bu ecazkar səma hadisəsini daha aydın Əkizlər bürcü zonasında müşahidə etmək mümkün olacaq. Gecə saat 12-dən sonra proses daha aktiv hal alacaq. Hava buludlu olmazsa, adi gözlə müşahidə ediləcək. Səhərə qədər müşahidə etmək mümkün olacaq. Dekabrın 22-də isə ursidlərin yağışı olacaq. Lakin onların sürəti daha zəif olacaq. Saatda 10-15 meteor düşəcək.
Ə.Ətainin sözlərinə görə, bu dəfə meteorlar Yerə düşməyəcək atmosferdə yanıb məhv olacaq: "Yanan meteorların Yer səthinə azot gübrəsi töküləcək. Ümumiyyətlə, meteor yağışının Yerə təsiri müsbət dəyərləndirilir. 1908-ci ildə Yerə 7 kilometr məsafədə meteor partladı, ərazidəki ağaclar yandı. Həmin ərazidə növbəti il daha böyük meşə yarandı. Buna səbəb isə ərazidə azotun miqdarının artmasıdır. Alimlər araşdırdılar ki, meteor düşərkən atmosferdə yanaraq azot gübrəsi əmələ gətirir.publika.az