Britaniyada 20-ə yaxın yüksək vəzifəli şəxs istintaqa cəlb olunub.
Unikal.org xəbər verir ki, bu ölkənin Baş Polis İdarəsindən verilən məlumata əsasən, onların adları cinayətləri isbat olunana qədər ictimaiyyətə açıqlanmayacaq. Onların bəzilərinin məşhur ictimai xadimlər olduğu diqqətə çatdırılıb.
Britaniya polisi 800 min şikayət ilə maraqlanır və bütün halları dəqiqləşdirmək vaxt aparır.
Yüksək vəzifəli şəxslər həm ictimaiyyət, həm də hökumət üçün vacib olduqlarına görə onların adları açıqlanmır.