Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda "Beşiktaş stadionunun qarşısında törədilmiş partlayışdakı canlı bomba ilə bağlı yeni məlumat əldə etdiklərini bildirib.
Unikal.org "Hurriyetə istinadən xəbər verir ki, XİN rəhbəri canlı bombanın Suriyadan gəldiyini söyləyib.
"Bu barədə ABŞ dövlət katibi Con Kerriyə də məlumat vermişəm, - deyə M. Çavuşoğlu vurğulayıb.
Qeyd edək ki, dekabrın 10-da "Beşiktaş stadionunun qarşısında törədilmiş terror aktlarının nəticəsində 44 nəfər şəhid olub, 155 nəfər yaralanıb.