Londonun "ICE" birjasında 2017-ci ilin fevralında satılacaq "Brent" markalı neftin qiyməti 3,16% ucuzlaşaraq bir barel üçün 53,96 dollara düşüb.

Unikal.org xəbər verir ki, bu barədə elektron hərracların nəticələri deməyə əsas verir.

Neftin ucuzlaşması ABŞ-ın Federal Ehtiyat Sisteminin 2016-cı ildə ilk dəfə olaraq baza faiz dərəcəsini artırmaq barədə qəbul etdiyi qərardan sonra dolların digər valyutalara nisbətdə möhkəmlənməsi fonunda baş verir.