Britaniyalı model, "Vikrotiya Sekretin mələyi Rozi Hantinqton-Viteley "Elle jurnalının üz qabığına çəkilib.

Unikal.org-un xarici KİV-ə istinadən məlumatına görə, fərqli obrazlarla kamera qarşısına keçən Rozi jurnal üçün müsahibə də verib.

O, əri Jason Statamı qəzəbləndirən açıqlama verib. Belə ki, Jasonun ona əmrlər verməsi və nə etməsini söyləməsi modelin xoşuna gəlmir.

Hantinqton-Viteley əvvəllər psixoloji problemlərinin olduğunu, lakin zamanla bunun öhdəsindən gəldiyini də etiraf edib.

Rozi jurnal üçün çəkdirdiyi fotoların bir neçəsini rəsmi instaqram hesabında paylaşıb.