Rusiyada biabırçı olay yaşanıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 47 yaşlı kişi 10 il müddətincə uşaqlarına təcavüz edib.

Biabırçı hadisə Moskva şəhərinin Novoluçanskoy əyalətində baş verib. 5 uşağı olan ata onları zorlayıb. Məlumata görə, ən kiçik uşaqların hazırda 4 və 7 yaşı var. Ən böyük uşaq isə 20 yaşındadır. O, hazırda əsgərlikdədir. Ailənin ortancıl uşağı isə 13 yaşlı qızdır.

Uşaqların 41 yaşlı anası bildirib ki, qorxduqlarına görə bu biabırçılığı heç yerdə danışmayıblar. O, bu barədə danışacaqlarını söyləsə də kişi bıçaqla onlara hücum edib.

Ailə bu hədə-qorxuya görə illərlə bu biabırçılığı gizlədib.

Lakin qonşuluqda yaşayan 18 yaşlı gənc atanın bu iyrənc əməlindən xəbər tutub və bu barədə polisə bildirib. Ata həbs edilib, uşaqlar isə xəstəxanaya yerləşdirilib.