Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti Türkiyə Respublikasında iki günlük rəsmi səfərdədir.
Unikal.org Azərtac-a istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan nümayəndə heyətini qəbul edib. O. Əsədov prezident İlham Əliyevin salamlarını Türkiyənin dövlət başçısına çatdırıb.
Qəbulda Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
Sonra Azərbaycan parlament nümayəndə heyəti Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə görüşüb.
Daha sonra Azərbaycan parlament nümayəndə heyətinin Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanla görüşü olub.