Türkiyənin Ordu şəhərinin Fatsa rayonunda məişət texnikası mağazasında işləyən Taner İşık tanışlarının məsləhəti ilə azərbaycanlı xanım Yeganə Salehova ilə ailə həyatı qurub.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fatsa Kilavuzömer məhəlləsində yaşayan İrfan-Fatma İşık cütlüyünün oğlu Taner ilə Azərbaycanın Sumqayıt şəhərindən olan Əsgər və Nailə Salehova cütlüyünün qızı Yeganə Salehovanın nikah məclisi Fatsa bələdiyyəsində reallaşıb. Taner-Yeganə cütlüyünün nikahını Fatsa bələdiyyəsinin yazı işləri müdiri Yusuf Basta kəsib. Şahidliyi isə Hasan Özmaden və Ülkü İşık edib.
 
Fatsa Bələdiyyəsi yazı işləri müdiri Yusuf Başda nikah mərasimində cütlərin "Bəli" təsdiqini və  imzaların atılmasından sonra nikah haqqında şəhadətnaməni azərbaycanlı gəlin Yeganə Salehovaya verib.

Bəy Taner İşıkın atası İrfan Işık azərbaycanlı gəlin ilə oğlunun vasitəçilik yolu ilə evləndiyini bildirib: "Bir qohumumuzun oğlu Azərbaycandan evlənmişdi. O azərbaycanlı gəlinin tövsiyəsi ilə Yeganə qızımızı oğlum ilə tanış etdik. Ailələrimiz bir-birini çox sevdi. Mən oğlumla gəlinimə bir ömürboyu xoşbəxtlik diləyirəm."
Azeri Gelin ile Türk Damat Görücü Usulü Evlendi