Türkiyədə tanınmış xanım yazar qətlə yetirilib.

Unikal.org xəbər verir ki, "Mələklərlə yaşamaq adlı kitabı ilə məşhurlaşan yazıçı Beki İkala Erikli Türkiyə vaxtı ilə saat 18:00 radələrində Bəyoğluda çalışığı ofisin qarşısında güllələnib.

Hadisə şahidlərinin bildirdiyinə görə, yazıçı kimliyi məlum olmayan qadın tərəfindən öldürülüb. Cinayətkar hadisə yerindən qaçmağı bacarıb.

Hazırda faktla bağlı araşdırma aparılır.