İstanbulun Beşiktaş rayonunda alçaq hücumda şəhid olan polis məmuru Haşim Ustanın 16 yaşlı qızı Melis Usta, "Atamı 8 ildə yalnız 5 dəfə görə bildim. Heç kim mənim kimi atasız qalmasın" deyib.

Unikal.org bildirir ki, həyatını itirən polis məmuru Haşim Usta (46) üçün Fateh Məscidində cənazə mərasimi təşkil edilmiş, mərasimə Prezident Rəcəb Tayyib Ərdoğan da qatılıb. Usta torpağa verilərkən, qızı Melis Usta, əvvəlki gecə saat 23.00 radələrində, bir yaxınıyla birlikdə terrorun reallaşdığı Şəhidlər Təpəsinə gedib.
Atasının şəhid olduğu nöqtədə bir müddət gözləyən Melis Usta, daha sonra terror hücumunda şəhid olanlar üçün yaradılmış anım yerinə gələrək qərənfil qoyub.

"Milliyyət"ə danışan Keşan Bəyəndik Anadolu Liseyinin 2-çi sinif şagirdi Melis Usta, dərmanlarla ayaqda dayana bildiyini söyləyərək atasının həyatını itirməsinə üsyan etdi.
Xain hücumun reallaşdığı gecəylə bağlı da danışan Melis Usta, bunları söyləyib: "Atam Şahinlər olaraq bilinən qrupda idi. 4-5 bölgəyə məsul olduğunu, zaman - zaman dövlət xadimlərinə muhafizə vəzifəsni yerinə yetirdiyini bilirəm. Hücumun reallaşdığı axşam, atamın işi bitmiş və evə getmək üzrəymiş. İlk partlayışla ikinci partlayış 30 saniyə arayla reallaşıb. Atam evə getməmişdən əvvəl son dəfə ətrafa nəzarət etmək istəyib. Yanında olan həmkarlarına, "arxa tərəfə baxacam" dedikdən sonra bomba yüklü avtomobilin yanına doğru gedib. Bəlkə də şəhid olacağını hiss edibmiş. Sonrası məlum. Qorxunc terror və şahidlik..."

"Cənazədə tanıdım"

"Anam ilə boşandıqları üçün çox az görüşürdük" deyən Melis Usta, belə davam edir: "Çox gec tanıdım, daha doğrusu yeni- yeni tanıyırdım. Şəhid olmadan 3 gün əvvəl telefonda danışmışdıq. 'Niyə məni axtarmırsan, niyə görüşə bilmirik' deyə giley etdim. Kaş ki, son dəfə görə bilsəydim, son dəfə sarılıb öpsəydim atamı. Qoxusunu bilmədən, doya bilmədən qopardılar bizi. 8 yaşlı ögey qardaşım Efeni ilk dəfə cənazədə gördüm. Bacısı olduğumu bilmir. Ögey qardaşımı belə tanımaq istəməzdim. Sizcə atasını 8 yaşında tanımış, 16 yaşında itirmiş, aradakı zaman kəsiyində yalnız 5 dəfə görmüş biri olaraq nə hiss etməliyəm? Cənazəmizə Prezident Ərdoğan da qatıldı. Dövlət başçımız "Alının açıq, başın dik olsun' dedi. Mən də dik dayanıram. Ağlamıram, üzümü əymirəm. Xainləri güldürməyəcəyəm. Yaxşı bir insanı qətl etdi xainlər. Ağrısını, xatirəsini heç bir zaman unutmayacağıq. Qanı yerdə qalmayacaq. Allah ölkəmizə bir daha bu ağrıları yaşatmasın."

"Atama bir dəfə polis olmaq istədiyimi söylədim. Anam da evliliyinin ilk illərində polis olmaq istəmiş. Atam ikimizin də polis olmasını istəmədi. Prokuror olmaq xəyalım vardı, ancaq xain hücumdan sonra polis olmağa qərar verdim. Atam kimi peşəsinə aşiq, Vətəni üçün canını fəda etməkdən çəkinməyən bir polis olacağam. Atam böyük ürəkli idi, peşəsinə aşiq idi, vətəninə sevdalı bir adam idi... Şəhidlik mərtəbəsi hər kəsə nəsib olmaz."

Atasına yazdığı son məktub

Melis Usta, cənazədən sonra atası üçün yazdığı son məktubu, ictimai media hesabından paylaşıb: "Canım atam mənim, bu gün səni Allahın icazəsiylə torpağa da verdik, ayaqda dayanmağa çalışdım, atam. Məzarına torpaq atdılar atam, gücüm çatmadı. Sən nə ürəyi gözəl, nə fədakar, nə içində vətən sevgisi olan, peşəsinə aşiq birisən. Sən məni hər vaxt görürsən. Bəzən sən bir quş olub, bəzən də bir kəpənək olub məni müşahidə edirsən. "Atan seçilmiş insan" deyirlər, 'Hər kəsə nəsib olmaz, şəhid olmaq" deyirlər. Haqlıdırlar. Ata, mən səni 8 yaşımda tanıdım, indi 16 yaşımdayam, səni tam 8 ildə 5 dəfə gördüm. Paylaşa bilmədilər atam, səni mənimlə. Bilirsənmi, bu gün ilk dəfə qardaşımı gördüm, ata. Eynilə mənə bənzəyir, dediyin kimiymiş. "Mən sənin bacınam" deyə bilmədim amma, atam. Səni çox sevirəm atam, yaxşı ki mənim atamsan..."