Azərbaycanda baş verən yol qəzası nəticəsində 3 Gürcüstan vətəndaşı yüngül xəsarət alıb və onların həyatı üçün heç bir təhlükə yoxdur.

Unikal.org report-a stinadən bildirir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
"Dekabrın 15-də Azərbaycanın Hacıqabul rayonunda yol qəzasının baş verdiyi məlum olub. "Mercedes" markalı avtobus yük maşını ilə toqquşub. Zərərçəkənlər arasında Gürcüstan vətəndaşları da var. Azərbaycandakı səfirliyimizin operativ fəaliyyəti nəticəsində müəyyən edilib ki, milliyətcə azərbaycanlı olan 3 Gürcüstan vətəndaşı xəstəxanaya yerləşdirilib. Vitse-konsul və DİN əməkdaşı yaralılara şəxsən baş çəkib. Onlar yüngül xəsarət alıblar və həyatları üçün təhlükə yoxdur. Səfirlik xəsarət alanların ailələri ilə birbaşa əlaqədədir", - deyə XİN-in məlumatında bildirilir.