Rusiyanın Samara şəhəri yaxınlığında xüsusi təyinatlı polis dəstəsinin əməkdaşları İŞİD tərəfdarları olduğu ehtimal edilən şəxslərə qarşı xüsusi əməliyyat keçirir.
Unikal.org-un verdiyi xəbərə görə, əməliyyat keçirilən ərazidə partladıcı qurğu aşkarlanıb. Məlumata görə, əməliyyat zamanı iki nəfər saxlanılıb.
Ərazidəki yaşayış binasından sakinlər təcili təxliyə edilib. Məlumata görə, İŞİD tərəfdarları olduğu ehtimal edilən şəxslər həmin binada yaşayırmışlar.