ABŞ-da ailəsinin itdiyinə dair müraciət etdiyi 15 yaşlı qız, təyyarə ilə gəldiyi Samsunda İraqlı gəncin evində tapılıb.
Unikal.org xəbər verir ki, ABŞ-ın Çikaqo şəhərində yaşayan 15 yaşlı ABŞ vətəndaşı C.T.K adlı qız, sosial mediada tanış olduğu 5 aydır Samsunda yaşadığı öyrənilən İraqlı 19 yaşlı Hamid A.-nın yanına gəlmək üçün ailəsinə xəbər vermədən təyyarə ilə İstanbula gəlib. Ana qızının itdiyini, ancaq "Facebookdan Türkiyəyə getdiyini və Samsunda olduğunu bildikdən sonra ABŞ-ın Ankara səfirliyinə müraciət edib. ABŞ səfirliyi, Samsun polisinə məlumat verib. Samsuna gələn ABŞ-lı ana, polis mərkəzinə qızının itkin düşdüyünü və Samsunda olduğuna dair müraciət edib.
Polis qrupları apardıqları araşdırma nəticəsində ABŞ-lı C.T.K-nin İraqlı Hamid A-nın evində olduğunu təsbit edib. Evə gedən uşaq polisi, ABŞ-lı itkin qızı burada tapıb. İraqlı gənc isə "kiçik yaşda qızı saxlamaq günahından prokurorun təlimatı istiqamətində nəzarətə alınaraq, polis mərkəzinə təslim edilib. Ana İraqlı gəncdən şikayətçi olmayıb. C.T.K-nın öz razılığı ilə gəzmək üçün Samsuna gəldiyini və Facebook yoldaşı ilə görüşüb gəzdiklərini, ondan şikayətçi olmadığını və zorla saxlanılmadığını söylədiyi öyrənilib. Qızın Samsuna gəldiyində yanında geri dönmək üçün biletinin olduğu təsbit edilib.