Apple əmək qanunlarını pozduğuna görə məhkəmə tərəfindən cərimə olundu.

Unikal.org-un məlumatına görə, Apple, işçilərin əmək kodeksini pozduğu üçün cərimə olundu. Şirkətin cərimə almağının səbəbi işçilərinə qarşı ciddi iş rejimi tətbiq etməsidir. İddialara görə Apple, işçilərinə yemək arası verməyə, fasilə etməyə icazə verməyib. Bu iddia ilə Apple-ın keçmiş işçiləri məhkəməyə müraciət edib.

İddia 2011-ci ildə Apple Store mağazasının keçmiş əməkdaşı tərəfindən başladılıb. İddianı verən isə mağaza əməkdaşı Brandon Felczer və onun üç həmkarı olub. 2014-cü ildə bu siyahıya 20.000 Apple işçisi də qoşulub.



İddiaçılardan birinin bildirdiyinə görə şirkət 5 saat fasiləsiz çalışmağı, digəri isə qonorarı 2 gün geçikdirdiyini bildirib. Hətta bəziləri fasilənin 7-8 saata qədər verilmədiyini açıqlayıb. Bu əsasən çalışma zamanına əsasən pul ödənən işçiləri əhatə edir. Kaliforniya məhkəməsi Apple-ı bu mövzuda günahkar hesab edib və işçilərə 2 milyon dollar kompensasiya ödəməsini tələb edib. Beləliklə, hər bir zərərçəkən 95dollar ala bilər.

Apple-a qarşı bir digər tələb isə işçilərin iş çıxışında yoxlanmasına vaxt sərf etməsinə görə pul ödənməməsi ilə bağlıdır.