61 yaşlı model Yazemenah Rossi gənc vücudu ilə çoxlarını heyrətləndirib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, saçlarını heç vaxt boyamayan model gənclik sirrini açıqlayıb. Fransada doğulan Yazemeenah Rossinin sözlərinə görə, dərisinin inanılmaz dərəcədə parlaq olmasının sirri hər gün istifadə etdiyi zeytun yağında gizlənib.
Rossi müalicə məqsədi ilə həftədə bir dəfə dərisini zeytun yağı və şəkərdən hazırlanan skrabla masaj edir. Bu skrab ölü hüceyrələri təzmizləyir və dərinin daha təravətli görünməsini təmin edir.
Yazemeenah Rossi dəri baxımından əlavə qidalanmasına da diqqət etdiyini vurğulayıb. Rossi inanır ki, gözəlliyin əsas şərti sağlam həyat tərzidir. O, bunun üçün gündə bir avakado və faydalı tərəvəz yeməkləri yeyir. Gözəlliyi ilə hər kəsi heyrətləndirən modelin pəhriz proqramına tərəvəzdən başqa, meyvə, təzə balıq, ət və fındıq daxildir. Rossi konservi qidalar istifadə etməyini xüsusi vurğulayıb.
Qeyd edək ki, modelin məşhurluğunu bu yaşa qədər qoruyub saxlaya bilməsinin əsas səbəbi ağ saçlarıdır. Uzun, ağ saçları sayəsində Rossi bir çox markadan onların siması olmaq təklifləri alıb.