Avstraliyanın Kvinslend Universitetində aparılan araşdırmanın nəticələrinə görə, qadınların az saqqallı kişilərlə münasibətləri uzun müddətli olmur.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatçılar kişilərin saqqalsız, az saqqallı və saqqallı fotolarını çəkib. Daha sonra fotoşopla kişilərin üz xətləri dəyişdirilib. 3 qrupa bölünən qadınlardan kişilərin fərqli hallarına 0 ilə 6 arası xal vermək tələb olunub.
Qadınların fikrinə görə, saqqal uzandıqca üz xətlərinin incəliyi itir və üzdə zərifliklə kobudluq arasında xoşagələn vəhdət yaranır. Yəni saqqal, üz xətlərini tarazlaşdırır.
Araşdırmada qadınların gur saqqalı kişiləri ideal ər namizədi və ideal ata kimi gördüyü də məlum olub. Qadınlar bunu gur saqqallı kişilərin daha yetkin və sosial cəhətdən dominant olduğunu, bu səbəblə münasibətlərin uğurlu alındığını bildirib.