ABŞ İŞİD lideri Əbu Bəkr Əl- Bağdadi barədə informasiyaya görə 25 milyon dollar mükafat elan edib.
Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.
Bundan əvvəl adıçəkilən mükafatın məbləği 10 milyon dollar təşkil edirdi.
ABŞ hökumətinin qənaətinə görə, hazırda ƏI-Bağdadi Suriya və İraqda İŞİD-in nəzarəti altında olan ərazilərdə gizlənir.