Türkiyənin Kayseri şəhərində universitetin tələbə şəhərciyində partlayış baş verib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış sərnişin avtobusunda olub, ölən və yaralılar var.
Hadisə şahidlərinin verdiyi məlumata görə, partlayış sərnişin avtobusuna yaxınlaşan avtomobildə baş verib.
Hadisə yerinə təcili yardım və yanğınsöndürən maşınları göndərilib.
İlkin məlumata görə, partlayan avtobusda sərnişinlərin əksəriyyəti əsgərlər olub.
**
Türkiyə Müdafiə Nazirliyinin Baş qərargahından verilən məlumata görə, Kayseridəki partlayış zamanı 13 əsgər şəhid olub, 48 nəfər yaralanıb.
**
Türkiyənin Kayseri şəhərində baş verən terror aktında yaralananların sayı artıb.
"Milliyet"ə istinadən xəbər verir ki, Kayseri Erciyes Universitetinin kampusunun qarşısında hərbçiləri daşıyan sərnişin avtobusunun partladılması nəticəsində 55 nəfər yaralanıb.
Ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, yaralananlardan 12-si hazırda reanimasiyadadır: "Onlardan 6-sının vəziyyəti ağırdır. Bundan başqa, şəhid olanlardan 8-nin kimliyi də artıq məlum olub.
Nazir qeyd edib ki, hazırda terroru törədənlərin kimliyi araşdırılır: "Türkiyədə terrora son qoyulacaq. Biz bu məsələdə qərarlıyıq. Səbrli olacağıq və bununla da terrorun qarşısını alacağıq. Ölkəmizin, millətimizin başı sağ olsun.