Bu gün qadınlar demək olar kişilərlə bərabər hüquqlara malikdirlər. Keçmiş zamanlarda isə qadınlara qarşı tabu, qadağa və cəza növləri olduqca çox ağır olub.
Unikal.org keçmiş zamanlarda qadınlara qarşı tətbiq olunmuş cəza növlərini təqdim edir.
Kişinin saqqalının təhqir olunması
Orta əsrlərdə Uels qanunlarına görə, kişinin saqqalını təhqir edən qadını döymək olardı. Kişi qadını başından başqa hər yerinə zərbələr endirə bilərdi. Sonuncu dəfə bu qanun 1782-ci ildə həyata keçirilib.
Xəyanət
Siciliyada II Frederikin hakimiyyəti illərində xəyanət edən qadının burnu kəsilərdi. Bundan əlavə, qadının mülkü və uşaqları da əlindən alınardı. Ölüm cəzası verilmədiyi halda qadının 2 çıxış yolu qalırdı: ya oğurluq etməli, ya da fahişəliyə qurşanmalı.
Xəstə uşaqlara görə ana günahkardır
XX əsrin 50-ci illərində amerikalı psixoloqlar autist və şizofreniya xəstəlikləri ilə doğulmuş uşağın günahını valideyndə görərdilər. Daha dəqiq desək uşağın anası günahkar idi. Ona görə də, xəstə uşaq dünyaya gətirmiş qadınlar həbs düşərgələrində saxlanılardı.
Aclıq əleyhinə üsul
XX əsrdə İngiltərədə siyasi məhkum qadınlar yeni mübarizə yolu seçdi: aclıq. Ona görə də həbsxana əməkdaşları qadınları zorla yedizdirməyə başladı. BMT qətnaməsinə görə, qida zorakılığı adlanan hərəkət əslində cəza növüdür. Çünki qadınları zorla yedizdirərkən onların burnuna zond qoyulur və burun vasitəsilə qida verilərdi.
Başqa dindən olan kişini sevməyə görə cəza
XIII əsrdə ispan qanunlarına əsasən, ispan qadınları kafir adlandrılan yəhudi və mavrları sevə bilməzdi. Kafiri sevən dul qadın və gənc qızın əvvəlcə mülkü əlindən alır, sonra isə özünü odda yandırardılar. Evli qadının isə bütün mülkü ərinə məxsus olduğu üçün, əri onu özü yandıra bilərdi.
Qonşularla mübahisəyə görə verilən cəza
Avropada orta əsrlərdə qonşuları ilə möhkəm dalaşan qadın cəza kimi stula bağlanardı. Sakinlər isə həmin qadını lağa qoyaraq suya atıb tez oradan götürərdilər. Bəzi qadınlar şokdan həlak olardı.publika