Türkiyədə Kayseri Erciyes Universitetinin kampusunun qarşısında hərbçiləri daşıyan avtobusun partladılması nəticəsində 9 nəfər şəhid olub.
Unikal.org xəbər verir ki, vəkili İsmayıl Tamer "A Haber" telekanalına açıqlamasında bildirib.
Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan millət vəkili Yusif Halaçoğlu isə deyib ki, "CNN Türk"ə terror aktının bomba yüklənmiş "Şahin" markalı avtomobil vasitəsilə həyata keçirilb.
AKP-nin Kayseridən olan digər millət vəkili Sami Dədəoğlu yaralıların sayının 15-20 nəfərə yaxın olduğunu söyləyib.
Yaralılar Erciyes Universitetinin tibb fakültəsinin xəstəxanasına və şəhərdəki digər səhiyyə müəssisələrinə yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırım müvafiq qurumların rəhbərlərindən hadisə ilə bağlı ətraflı məlumat alıblar.report