Bəzi xəstəliklərə qarşı qadınlar daha güclüdür.

Unikal.org bildirir ki, İngiltərədə yerləşən Royal Holloway Universiteti tərəfindən aparılan araşdırmada bir çox yoluxucu xəstəliyin kişilərdə qadınlara nisbətən daha riskli olduğu sübut olunub.

Tədqiqatçılar su çiçəyi və vərəm kimi hər kəsin keçirə biləcəyi xəstəliklərin kişilərə daha çox ölüm riski yaratdığını bildiriblər. Eyni zamanda virusların kişi və qadın bədənlərində hormonal dəyişikliklərdən dolayı fərqli fəaliyyətlərdə hərəkət etdikləri də aparılan tədqiqatda ortaya çıxıb.