"Rusiya ABŞ-dan kiçik və zəifdir, qaz, neft və silahdan başqa heç bir şey istehsal etmir. Amma buna baxmayaraq, bir neçə respublikaçının etdiyi kimi siyasətçilər partiya maraqlarını milli maraqlardan üstün tutsa, Moskva Vaşinqtona böyük xoşagəlməzliklər yaradacaq
Unikal.org xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama bu postda keçirdiyi sonuncu mətbuat konfransında deyib.
Onun sözlərinə görə, keçmiş prezident Ronald Reygan indi respublikaçıların Rusiya prezidenti Putinə münasibətinə görə "qəbrində çevrilir.
Obama deyib ki, təhlükəsizlik xidmətləri ona rusiyalı hakerlərin Demokratlar partiyasına hücumu ilə bağlı sübutlar təqdim ediblər. Amma Obama əmin deyil ki, bu göstəriş Kremldən gəlib, ancaq o vurğulayıb ki, "Rusiya Putinin iştirakı olmadan belə bir qərar qəbul edəmməzdi.