Rusiya prezidenti Vladimir Putin bu gün Türkiyənin Kayseri şəhərində törədilən terror hadisəsi ilə bağlı Türkiyə prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı ünvanlayıb.

Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiya Dövlət Başçısı Vladimir Putin, prezident Rəcəb Tayyib Ərdoğana Kayseridə 13 əsgərin həyatını itirməsinə səbəb olan terror hücumla əlaqədar olaraq başsağlığı mesajını çatdırıb. 

Putin, Rusiyanın terrorla mübarizə mövzusunda Ankara ilə əməkdaşlıq etməyə hazır olduğunu dilə gətirib. Bildirib ki, "Kayseridə 13 əsgərin həyatını itirməsi ilə nəticələnən terror hücumu səbəbiylə dərin başsağlığı arzularımı qəbul edin. Türkiyə radikal terror qruplarına qarşı daha qərarlı mübarizənin aparacağına inanıram. Rusiya, terrorla mübarizə çərçivəsində Türkiyə ilə əməkdaşlığın artırılmasına hər zaman hazırdır" deyə ifadələrinə yer verilib.

Qeyd edək ki, Kayseridə bomba yüklü bir vasitənin əsgərləri daşıyan avtobus yaxınlığında partladılması nəticəsində 13 əsgər şəhid olub, 56 nəfər də yaralanıb.