Evlənməyə hazırlaşdığı oğlanın qardaşı olduğunu öyrəndi. Ən dəhşətlisi qardaşı bunu bir ildir bilirmiş.
Unikal.org xəbər verir ki, Türkiyədə sosial xəbər saytların birinə göndərilən bu yazı oxuyanların təəccübünə səbəb olub.
Gənc bir qız başına gələn hadisəni sayt oxucuları ilə bölüşüb:"İkimiz də utancağıq, sosiallaşmaq problemimiz var. O mənim ikinci sevgilim, mən isə onun üçün ilkəm. İki il əvvəl tanış olmuşuq, bir il sevgili olduq, bir ildir nişanlıyıq. Bir aydır eyni evdə yaşayırıq, 6 həftə sonra toyumuz olacaq.
Qız nişanlısının qardaşı olduğunu öyrənsə də, onsuz yaşaya bilməyəcəyini deyir:"Məni anam böyüdüb, atam bizi atıb. Onun ailəsi var, atası və anası ilə birlikdə xoşbəxt böyüyüb. Qaynanam nişanlımın atasının başqa biri olduğunu demişdi. Onun öz atasının şəklini görəndə başa düşdüm ki, atamız eyni adamdır. Bunu nişanlıma deyəndə hər şeyi bildiyini, hətta bir il əvvəldən xəbəri olduğunu dedi. Heç vaxt uşaq istəmədiyi üçün bunu məndən gizlətməkdə problem görmədiyini dedi. Hər şeydən iyrənirəm, çox utanıram. Bunu ailəmə, dostlarıma necə deyəcəyimi bilmirəm. Ən pisi isə onu çox sevirəm.