"PWC konsaltinq şirkətinin "City of London korporasiyasının sifarişi ilə hazırladığı hesabata əsasən, keçən il Böyük Britaniyada maliyyə xidməti sektoru 71,4 milyard funt sterlinq məbləğində vergi ödəyib.
Unikal.org bildirir ki, ölkədə maliyyə xidmətləri göstərən şirkətlərdən vergi daxilolmaları əvvəlki illə müqayisədə 7,4 faiz artıq olub. Bu rəqəm son doqquz ilin ən yüksək göstəricisidir.
Maliyyə firmalarının payı ölkə büdcəsinə vergi daxilolmalarının ümumi məbləğində 11,5 faiz təşkil edir. Keçən il bu şirkətlərin ödədikləri təkcə korporativ verginin məbləği 8,4 milyard funt sterlinq təşkil edib.