Ötən ilin oktyabr ayında Bakı şəhərinin Nəsimi rayonu ərazisində transfarmatorda cərəyan vurması nəticəsində ağır bədən xəsarəti alan sevgililər ailə həyatı qurub. 

Unikal.org Qafqazinfo-ya istinadən xəbər verir ki, Fəqan adlı oğlan və onunla birlikdə transfarmatorda xəsarət alan sevgilisinin "Fərid Palacedə toyu olub.

Məlumata görə, bir qoluna protez taxılan oğlan və sevgilisinin toyu dostlarının köməkliyi ilə keçirilib. Hətta dostların cütlük üçün kiyarə ev tutduğu da deyilir.
Advertising 33

Qeyd edək ki, Ağadadaş Qurbanov küçəsində baş vermiş bədbəxt hadisə nəticəsində gənc oğlan bir qolunu itirib. 18 yaşlı qız isə ağır dərəcəli yanıq xəsarətləri alıb.