Amerikalı aktyor Silvestr Stallone ABŞ-ın Milli incəsənət və humanitar elmlər fonduna rəhbərlik etməyəcəyini bəyan edib. O, veteranlarla işləməyə daha çox üstünlük verir.

Unikal.org xəbər verir ki, bu barədə "Variety məlumat yayıb.

Stallone qeyd edib ki, fonda rəhbərlik barədə təklifdən qürur duyub. Amma aktyorun fikrincə o, yüksək maaşlı işə, rahat evə və maliyyə dəstəyinə layiq olan vətəndaşların diqqətini veteranların ehtiyacına çəkərək daha çox xeyir gətirər.

Dekabrın 16-da "The Daily Mail ABŞ-ın yeni seçilmiş prezdenti Donald Trampın Stalloneni ABŞ-ın Milli incəsənət və humanitar elmlər fonduna rəhbər təyin etməyə hazırlaşdığı barədə məlumat yaymışdı. Mənbə qeyd edib ki, yeni seçilmiş prezident incəsənəti yenidən möhtəşəm etmək üçün aktyorun namizədliyini müvafiq hesab edir.