Beynəlxalq Valyuta Fondunun direktoru, xanım Kristina Laqard maliyyə işlərində etdiyi səhlənkarlığa görə günahlandırılır.
Unikal.org Tass-a istinadən xəbər verir ki, Fransa məhkəməsi Beynəlxalq Valyuta Fondunun direktorunun "öz xidməti vəzifələrinin icrasında etdiyi səhlənkarlığa görə günahkar olduğunu təstiq edib.
Lakin, müttəhim üçün hələki, heç bir cəza müəyyən edilməyib. Bu haqda Laqardın vəkili Patrik Mezonnyov məhkəməyə dinləmələrindən sonra jurnalistlərə açıqlamasında deyib.