Rusiyanın İrkutsk şəhərində spirtli içkidən zəhərlənən 57 nəfərdən daha 7-si ölüb.

Unikal.org-un TASS-a istinadən verdiyi məlumata görə, bununla da, ölənlərin sayı 48-ə çatıb.

İrkutsk şəhəri Lenin rayonunun prokuroru Stanislav Zubovski bildirib ki, qalan 9 nəfər hazırda xəstəxanadadır. Onların vəziyyəti kəskin ağır kimi qiymətləndirilir.