Rusiyanın Ankaradakı səfirliyinə silahlı hücum olub.
Unikal.org-un "Milliyet-ə istinadən verdiyi xəbərə görə, insident fotosərginin açılışı zamanı baş verib.
Sərgi salonuna daxil olan naməlum silahlı şəxs səfir Andrey Karlova atəş açıb. Onun ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı bildirilir.
Rusiyanın Ankaradakı səfirliyi olayla bağlı hələ ki, açıqlama verməyib.