Çində keçmiş zibilyığan Çen Quanvey yüzlərlə qədim kitabı kitabxanaya hədiyyə etdi.
Unikal.org xəbər verir ki, təxminən 50 min nəşrdən ibarətdir. O, bu yaxınlarda yerli kitabxanaya 1200-ə yaxın nadir nüsxə bağışlayıb.
Çen Quanvey istəyir ki, onun kitabları geniş auditoriyada yayılsın, hamı tanış olsun. Kolleksiyaçının sözlərinə görə, əsas məqsəd kitabların oxunmasıdır.
Çinli kitabları 1983-cü ildən yığmağa başlayıb. Həmin vaxt o, zibilxanada çalışırdı və elə kitabları da zibillikdən toplayıb. Tapdığı kitabları evə gətirib. Kolleksiyaçının nəvəsi deyir ki, onun babası kitabları öz həyatından dəyərli hesab edir.