Buldoq, pug və digər qısa və yastı burunlu it cinslərini "Aeroflot" reyslərində daşımaq qadağan edilib.
Unikal.org-un məlumatına görə, bu barədə Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidmətinin ("Rosselxoznadzor") saytında yazılıb.
Məlumatda deyilir ki, bu ilin 1 dekabrından "Aeroflot" şirkəti "braxisefal" it növlərinin (buldoq, pekines, pug, şarpey və s.), gələn ilin martın 1-dən isə aqressiv və döyüşkən it növlərinin daşınmasına qadağa qoyacaq.
Qeyd edək ki, bir neçə ay əvvəl mətbuatda "Aeroflot"un Dubay-Moskva reysi ilə uçan təyyarənin baqaj hissəsində fransız buldoqunun donvurmadan öldüyü ilə bağlı məlumat yayılmışdı.