Günəşə olduqca bənzəyən yeni ulduz kəşf edilib.
Unikal.org xəbər verir ki, Günəşin əkiz qardaşı adlandırılan "HİP 68468 ulduzunun 6 milyard yaşı var. "Astronomy and Astrophysics" jurnalında nəşr olunan məqaləyə görə, "HİP 68468 ətrafındakı digər planet və ulduzları özünə çəkərək yox edir. Ulduz hətta yüksək temperatura davamlı planetləri də məhv edir. Yer planetindən 3 dəfə böyük olan "HİP 68468, öz oxu ətrafında tam dövrəni 72 saat ərzində tamamlayır.
Qeyd edək ki, bir neçə gün əvvəl alimlər daha bir oxşar ulduz kəşf etmişdilər. Elm adamları hesab edir ki, həmin ulduzların ətrafındakı planetləri məhv etməsi ciddi məsələdir. Onlar, Yer planetinin də oxşar üsulla məhv olacağını mümkün hesab edir.