Almaniyanın paytaxtında yük maşınının sürücüsü avtomobili Milad yarmarkasına çırpıb.
Unikal.org yerli mənbələrə istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, yük maşını bütün meydan boyu şütüyərək Milad küknarının yaxınlığında dayanıb. Polis hadisənin terror aktı olması ehtimalını nəzərdən keçirir.
Berlin polisinin "Twitter mikrobloqundakı son məlumata görə, terror aktı nəticəsində 9 nəfər həlak olub, xeyli yaralı var.