"Rəsmi Vaşinqton Ankarada səfir Andrey Karlovun qətlə yetirilməsi ilə bağlı cinayət işinin araşdırılmasında Rusiya və Türkiyəyə kömək etməyə hazırdır.
Unikal.org-un "ABC Newsa istinadən məlumatına görə, bu barədə ABŞ dövlət katibi Con Kerri bildirib."ABŞ baş vermiş qətli qətiyyətlə pisləyir, - C. Kerri əlavə edib.
Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankara Müasir Sənət Mərkəzində silahlı şəxs tərəfindən güllələnib. Xəstəxanaya yerləşdirilən səfir oradaca vəfat edib. Qatil isə polis özəl hərəkatı tərəfindən zərərsizləşdirilib.
Rusiya XİN cinayət hadisəsini terror aktı kimi dəyərləndirib.
Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işi qaldırıb.